ABŞ sahillərində güclü zəlzələ oldu
ABŞ-nin Oreqon ştatının sahillərində 5,9 bal gücündə zəlzələ baş verib.
Yenicag.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Seysmik hadisənin episentri təxminən 16 100 əhalisi olan Coos Bay şəhərindən 230 km qərbdə yerləşir. Zəlzələnin ocağı 14 km dərinlikdə yerləşib. Hazırda tələfat və dağıntılar, sunami təhlükəsi barədə məlumat yoxdur.