İş adamı öz adına tikdirdiyi şadlıq evində öldü – FOTO

media-hightechnic-468x90

Göygöl rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Yenicag.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, rayonun Qızılqaya qəsəbəsində yerləşən “Münasib” şadlıq sarayında oranın müdiri, 1965-ci il təvəllüdlü Münasib Polad oğlu Məmmədov pilləkəndən yıxılıb. O, aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.

Münasib Məmmədov biznes fəaliyyətinə Rusiyada başlayıb və bu ölkənin vətəndaşı olub. O, daha sonra biznesini Azərbaycanda davam etdirib və  şadlıq sarayı tikdirərək ona öz adını verib. Elə həmin şadlıq evində də dünyasını dəyişib.

Faktla bağlı Göygöl Rayon Prokurorluğunda araşdırma aparılır.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 04.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa