“Yaşıl Bakımız” təşəbbüs qrupu paytaxt sakinlərinə müraciət edib.
Qrupdan Yenicag.az-a verilən məlumata görə, müraciətdə deyilir:
“Bakı şəhərinin daha da gözəlləşməsi üçün müxtəlif qurumlar, o cümlədən iş adamları, müxtəlif idarələr, ayrı-ayrı vətəndaşlar tərəfindən işlər görülür. Paytaxtda yaşıllıqların artırılması isə yaşadığımız şəhərin ekologiyasina, özümüzün, yaxınlarımızın sağlamlığına birbaşa təsir edir.
Paytaxt sakinləri kimi ötən gün müşahidə etdiklərimiz isə bu işlərə, ümumilikdə isə müsbət dəyişikliklərə biganə olan, yalnız öz maraq və mənfəətlərini güdənlərə rast gəldik. Hamının çox yaxşı tanıdığı bir neçə iri və tanınmış obyektlərin qarşısındakı vəziyyət heç də ürəkaçan deyildir. Çox təəssüflər olsun ki, böyük gəliri olan, heç də maddi sıxıntılar çəkməyən bu obyekt sahibləri obyektlərinin qarşısındakı ağac və kollara, yaşıl örtüyə biganə yanaşırlar. Canlı bitkilərə zülm edirlər. Onlara diqqət göstərib ara-sıra sulamaq, qulluq etmək əsl insanlıq olmazdımı?
Axı kiminsə mağazasının və ya obyektinin qarşısını başqası gəlib etməməlidir, axı hər şeyi dövlət hesabına etmək mümkün deyil. Bəs vətəndaşlıq borcu? Məncə belə insanları hamımız tanımalı və qınaq obyektinə çevirməliyik.
Öz müşahidələrimizi və araşdırmalarımızı davam etdirərək sonrakı yazılarda artıq bu kimi obyektlər və onların sahibləri barədə ətraflı məlumat verəcəyik”.
www.yenicag.az