Reklam

Reklam

Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbər Almaniyaya gedib.

Müsavat Partiyası Gənclər Təşkilatının sədri Əbülfəz Sadıqbəyli APA-ya bildirib ki, İ. Qəmbər Almaniyadakı xəstəxanalardan birində müayinə ediləcək, ehtiyac yaranacağı təqdirdə isə müalicə olunacaq.

Aprelin 4-də gecə Almaniyaya yola düşən eks-başqanı oğlu Turqut Qəmbər müşayiət edir.

Qeyd edək ki, bu ilin əvvəlində Milli Strateji Düşüncə Mərkəzinin sədri, Müsavat Partiyasının sabiq sədri İsa Qəmbərin səhhətində problem yaranıb. O, Mərkəzi Klinik Xəstəxanada müalicə olunub, ürəyinə bir neçə stent yerləşdirilib.

Fevral ayının sonlarında isə o, müalicəsini davam etdirmək üçün Türkiyəyə gedib.

Ankaradakı Hacettepe Universiteti Xəstəxanasında müalicə olunan İ. Qəmbərin müalicəsi martın 14-də başa çatıb və o, Bakıya qayıdıb.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 1626
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."