İsa Qəmbər Elmar Məmmədyarova müraciət edib

media-hightechnic-468x90

ssssüqMüsavat Partiyasının başqanı İsa Qəmbər partiyanın qurultayına yer ayrılması ilə bağlı yaranmış problemlə əlaqədar hazırda Avropa Şurası Nazirlər Komitəsinə sədrlik edən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarova müraciət edib.

Müsavat Partiyasının mətbuat xidmətindən  verilən məlumata görə, qurultaya yer ayrılması ilə bağlı müraciətə cavab verilmədiyi üçün Bakı şəhər İcra Hakimiyyətini məhkəməyə verdiklərini xatırladan İ. Qəmbər məhkəmənin gedişi ərəfəsində şəhərin mərkəzindən uzaqda yerləşən Mədəniyyət Evinin təklif olunduğunu xatırladıb.

Müraciətdə Müsavat Partiyasının tarixi xatırladılıb, partiyaya qurultay keçirilmək üçün ayrılan zalın qənaətbəxş olmadığı vurğulanıb.

E. Məmmədyarovdan AŞ Nazirlər Komitəsinin sədri kimi problemin həllinə yardım etməsi istənilib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600