Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

İşdən qovulan nazirin həbsi gözlənilir - Azərbaycanda / FOTO 

Naxçıvanın Gənclər və İdman naziri Azad Cabbarov ötən gün işə gələrək kollektivlə vidalaşıb. Məlumata görə, nazir Naxçıvan Ali Məclisinin Sədrinin nitq söylədiyi iclasda yatdığı üçün cəzalandırılıb.

Ovqat.com-un əldə etdiyi məlumata görə, Naxçıvan MR Ali Məclisi Sədri Vasif Talıbovun dünən imzaladığı fərmanla Azad Cabbarov rəsmən işdən qovulub.

Fərmanda deyilir:

“Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azad Vaqif oğlu Cabbarov Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri vəzifəsindən azad edilsin”.

Fərmanda nazirin niyə işdən çıxarıldığı barədə heç bir məlumat verilmir. Alınan yeni məlumata görə isə, Azad Cabarovun nazir olduğu 10 il ərzindəki fəaliyyəti dərindən yoxlanılıb və ciddi yeyinti faktları aşkarlanıb. İddialara əsasən, Cabbarovun əməlində korrupsiya faktı o qədər böyükdür ki, artıq barəsində cinayət işi açıla bilər.

Qeyd edək ki, Naxçıvan ictimaiyyəti nazir adı daşıyan Azad Cabbarovu “Facebook” səhifəsində onun-bunun qarasına əxlaqsız sözlər yazmaqla tanınmışdı. Hətta statuslarının birində millət vəkili Qüdrət Həsənquliyevi də təhqir etmişdi. Bir neçə il bundan əvvəl baş verən bu nalayiq hərəkətə görə, Qüdrət Həsənquliyev dəfələrlə nazirin cəzalandırılmasını tələb edirdisə də, Vasif Talıbov bunu nəzərə almayıb. İndisə Cənab sədr qarşısında adi bir mürgü əxlaqsızlıqdan daha böyük günah kimi qəbul edilib və nazir dərhal işdən uzaqlaşdırılıb. Bu da azmış kimi, onun fəaliyyəti dövründə əməlli-başlı korrupsiya ilə məşğul olduğu aşkarlanıb.

www.yenicag.az

235
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100