İşğaldan azad edilmiş ərazilərdə 630 mina aşkarlandı – FOTO

Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə aylıq məlumatı açıqlayıb.

ANAMA-dan Yenicag.az-a bildirilib ki, iyulun 1-dən 31-nə qədər Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda 545 piyada əleyhinə mina, 85 tank əleyhinə mina və 625 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

677 hektar ərazi mina və PHS-lardan təmizlənib.