Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

İşğaldan azad olunan Zəngilan iqtisadiyyata nə verəcək?

“Füsunkar təbiəti ilə seçilən Zəngilan rayonunda turizmin inkişafı əhəmiyyətli rol oynayacaq”.

Yenicag.az xəbər verir ki, bunu işğaldan azad olunan Zəngilan rayonunun iqtisadi inkişafa təsirlərini dəyərləndirən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vüqar Bayramov bildirib.

Deputata görə, Zəngilan rayonunun iqtisadi inkişafına dəstək göstərəcək əsas amillərdən biri onun strateji mövqeyi ilə yanaşı, Zəngəzur dəhlizinin, yeni nəqliyyat xətlərinin istifadəsi olacaq:

“5 qəsəbə və 79 kəndə sahib olan Zəngilan rayonu Azərbaycanın cənub-qərbində strateji cəhətdən böyük əhəmiyyət kəsb edən bir mövqedə yerləşir. Füsunkar təbiəti ilə seçilən Zəngilan rayonunun böyük iqtisadi potensialı var ki, burada da turizmin inkişafı əhəmiyyətli rol oynayacaq. Bununla yanaşı, Zəngilan rayonu təbii ehtiyatların çoxluğuna görə də fərqlənir. Belə ki, rayonun Vejnəli kəndində 6.5 ton qızıl ehtiyatı mövcuddur və güman olunur ki, müasir texnologiya ilə qiymətləndirmə aparılan zaman daha çox ehtiyatların aşkarlanması mümkün olacaq. Vejnəli yatağı eyni zamanda filiz, gümüş, mis ehtiyatları üzrə də məşhurdur. Qeyd edim ki, Zəngilan rayonunun iqtisadi inkişafına dəstək göstərəcək digər amil onun strateji mövqeyi ilə yanaşı, Zəngəzur dəhlizinin, yeni nəqliyyat xətlərinin istifadəsi olacaq ki, bu da rayonu bölgənin logistik habına çevirəcək.

Horadiz ilə Zəngilanı birləşdirəcək dəmir və avtomobil yollarının inşaatı sürətlə davam etdirilir. Zəngilana gedən zaman yolboyu texnika və avadanlıqların intensiv işləməsinin şahidi olmaq mümkündür. Eyni zamanda, Zəngilanda inşa ediləcək Beynəlxalq Hava Limanı inşaatı ilə bağlı da işlərə başlanılıb. Yaxın zamanlarda limanın tikintisinin də sürətlənəcəyi gözlənilir. Uzun illər işğal altında qalan torpaqlarımız bərpa edilir və yenidən qurulur”.

Gülşən Şərif

www.yenicag.az

118
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100