Reklam: High Technic
hightechnic

İşgəncələrə Qarşı Azərbaycan Komitəsində yeni sədr

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinə yeni sədr təyinatı olub.

Yenicag.az “Report”a istinadən xəbər verir ki, sözügedən vəzifə Azərbaycan Texniki Universitetində müəllim kimi fəaliyyət göstərən fəlsəfə elmləri doktoru Hüseynov Tural Yadigar oğluna həvalə olunub.

Ailəlidir, iki övladı var.

İşgəncələrə Qarşı Azərbaycan Komitəsi ölkədə insan hüquq və azadlıqlarının həyata keçirilməsinə nəzarət edən qeyri-hökumət təşkilatıdır. Təşkilat 2002-ci ildə təsis edilib, 2005-ci ildə rəsmən qeydiyyata alınıb. Komitənin ilk sədri Elçin Behbudov olub (2002-2015). Onun vəfatından sonra ümumi yığıncağın qərarı ilə Elmira Behbudova Komitənin sədri vəzifələrini icra edib.

www.yenicag.az

1121