İsgəndər Xəlilovun şirkətinin 12,4 milyon manat borcu var? - FOTO

media-hightechnic-468x90
“Svit Haus” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) külli miqdarda vergi borcu yığılıb.
İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, şirkətin hazırda vergi borcu 12 374 585,71 manat təşkil edir.
Şirkətin bu qədər vergi borcunun yaranması təəccüb doğurur. MMC-nin uzun müddətdir vergi borcunu ödəməməsinin səbəbi isə məlum deyil.
Nəzərə alaq ki, Vergi Məcəlləsinin 23-cü maddəsinə əsasən vergi borcunun gecikdirilməsinə görə sanksiyalar nəzərdə tutulub.
Xatırladaq ki, “Svit Haus” MMC-nin adı mətbuatda qalmaqallarla yadda qalıb. Şirkət çoxmərtəbəli yaşayış binaların tikintisi ilə məşğul olur. “Svit Haus” MMC 2006-cı ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 17790 manat olan şirkətin qanuni təmsilçisi İmdad Dursunovdur.
Mətbuatda yayılan məlumatlara görə, şirkət “Bakı Toxucu Tikiş” ASC-nin sədri Cavanşir Xəlilova aiddir. Lakin “Svit Haus”un C.Xəlilovun qardaşı, Rusiyada yaşayan məşhur milyarder İsgəndər Xəlilova məxsus olduğu bildirilir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600