İŞİD-çilər həbs edildi

media-hightechnic-468x90

78659Malayziyada İŞİD terror qruplaşması tərəfindən sıralarına cəlb edilən 3 şübhəli nəzarət altına alınıb.

Onlar terrorçuluq ittihamı ilə nəzarət altına alınan 14 nəfər arasındadır.

Bu cənub-şərqi Asiya ölkəsində indiyədək İŞİD-lə əlaqədə olduqlarından şübhələnilən 36 adam həbs edilib.

Malayziya polisinin bildirdiyinə görə, onlar bu həftə İraq və Suriyada bəzi bölgələri ələ keçirən İŞİD-ə yardım etdikləri üçün nəzarət altına alınıb.

Onlar arasında Malayziyanın enerji, yaşıl texnologiya və su nazirinin yardımçısı da var. Polis onun Əbu Səyyaf yaraqlı qrupu ilə əlaqəsi olduğunu bildirib.

Digər 34 yaşlı şəxsin 4 ay Suriyadakı döyüşlərdə iştirak etdiyi və daha bir 37 yaşlı şəxsin isə cihadçıların Facebook səhifəsini işlətdiyindən şübhələnilir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600