İŞİD-dən sonra Әsəd devriləcəkmi? -Politoloqların şərhi

media-hightechnic-468x90

images (44)Qulu Məhərrəmli “Ya Əsəd devriləcək, ya da Suriya parçalanacaq”

Fikrət Sadıxov: “Burada İŞİD-in timsalında yeni əsas oyunçu meydana çıxdığından, hələlik Əsəd arxa plandadır”

Suriya artıq 3 il yarımdır ki, müharibələr meydanına çevrilib. Nə Əsəd rejimi geri çəkilir, nə də ona qarşı olan qüvvələr silahı yerə qoyurlar. Bir tərəfdən də, son zamanlar İŞİD-in güclənməsi müşahidə edilir. Bir sözlə, hazırda Suriyada hadisələr qarmaqarışıq bir formadadır. Buradan kimi qalib çıxacağı bəlli deyil.
Yenicag.az saytına açıqlamasında siyasi şərhçi Qulu Məhərrəmli bildirdi ki, Suriyanı iki tale gözləyir, ya Əsəd devriləcək, ya da ölkə parçalanacaq: “Hazırda Suriyada cərəyan edən hadisələr bu ölkənin və bütövlükdə regionun gələcəyini ciddi təhlükə qarşısında qoyur. Buradakı proseslər müəyyən bir vektor üzrə hərəkət edir. Hadisələri təhlil edəndə ciddi parametrlər nəzərə çarpır. Birincisi odur ki, region dövlətlərinin təhlükəsizliyi üçün ciddi təhlükə var. Zənnimcə, hadisələrin gedişi göstərir ki, Suriyada daxili anlaşma alınmayacaq. Çünki, siyasi münasibətlər o həddə gəlib çatıb ki, tərəflərin heç biri güzəştə getmək fikrində deyil. Nə Bəşər Əsəd hakimiyyəti vermək istəyir, nə müxalifət geri çəkilmək niyyətində deyil. Daha pis olan cəhət odur ki, proseslərə kənar qüvvələr həddən artıq müdaxilə edirlər. Həm ərəb dövlətləri, həm Qərb, həm də Türkiyə. Ən təhlükəli proses isə Suriyanın parçalanmasıdır. Suriyanın parçalanmış şəkildə nə qədər qalacağını deyə bilmərəm. Amma Suriyada ya yaxın zamanlarda hakimiyyət dəyişikliyi baş verəcək, ya da ölkənin parçalanması labüd prosesə çevriləcək. Burada fəaliyyət göstərən İŞİD-lə, onun gələcək taleyilə bağlı isə indilikdə proqnoz vermək bir qədər çətindir”.

Politoloq Fikrət Sadıxov isə Yenicag.az-a açıqlamasında qeyd etdi ki, hazırki situasiyada Əsədin hakimiyyətdən uzaqlaşdırılması arxa plana keçib: “Suriyada baş verən müharibə hazırda istiqamətini dəyişib. Vaxtilə orada müxalif qüvvələr Əsəd rejimi ilə vuruşub onu devirmək istəyirdisə, indi burada İŞİD-in timsalında yeni əsas oyunçu meydana çıxıb. Radikal qüvvələr burada yeni bir geosiyasi mənzərə yaradıb. Onlara qarşı Qərb havadan zərbələr endirir. Bu hal isə müəyyən mənada Bəşər Əsədi sığortalayır. Vaxtilə Rusiyanın təklifi ilə o ölkəsindəki kimyəvi silahları ləğv etdi. Beləliklə də, Əsədin devrilmə planı arxa plana keçdi. İŞİD Əsəd, Qərb və bir sıra ərəb dövlətləri üçün təhlükədir. Hazırda burada göründüyü kimi əsas mübarizə həmin radikallara qarşı yönəlib. Ona görə də yaxın perspektivdə Bəşər Əsədin devriləcəyi gözlənilmir”.

Rüfət/Yenicag.az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600