İŞİD dünyada ən zəngin terror qrupudur.
İraqın maliyyə naziri Zəbari çıxışında qeyd edib, İŞİD ən zəngin terror qruplaşmasıdır.
Yenicag.az saytı Türkiyə mediasına istinadən bildirir ki, nazir çıxışında İŞİD döyüşçülərinə yüksək əmək haqqının verilməsini də vurğulayıb. Qeyd edib ki, öz ölkəsindəki hərbçilərə İŞİD döyüşçülərindən daha az maaş verilir.
“İŞİD əsasən neft, adam oğurlama, ələ keçirdiyi bank hesabları vasitəsiylə öz maliyyəsini təmin edir. Mosul, Tikrit və s şəhərlə milyonlara dolları idarə edirlər”-deyə maliyyə naziri Zəbari qeyd edib.
Məlum olub ki, İŞİD-in yeni vergi sistemi də tətbiq edir. Zəbari İŞİD-in avtomobillər vasitəsilə Türkiyəyə neft satdığını da vurğulayıb. Onu da əlavə edib ki, koalisiya qüvvələri İŞİD-ə durmadan hava zərbələri endirir və eyni zamanda bunun vacibliyini də önə çəkib.
Digər tərəfdən, İraqın maliyyə naziri açıqlayıb ki, bu il ərzində İraq dövləti büdcəsiz idarə olunub. “ İraqın büdcə xərcləri şəffaf şəkildə aparılmır.”- deyə Zəbari vurğulayıb.