“İŞİD Kobaniyə irəliləyə bilməz”

media-hightechnic-468x90

1413655203106Yenicag.az Türkiyə mətbuatına istinadən bildirir ki, Kobani  Kantonu Xarici Əlaqələr üzrə məsul şəxslərindən İdris Nehsan’ın  verdiyi məlumata görə koalisiya təyyarələri Kobani’nin şərqindəki Asayiş binasının yaxınlarını havadan bombaladı.

media-banner_tuq

Nehsan, axşam saatlarında Mürşitpınar’dan da eşidilən şiddətli partlayışın isə İŞİD-in  intihar hücumu olduğunu söylədi.

İŞİD güclərinin Mürşitpınar Sərhəd darvazasının Kobani  tərəfinə havan hücumları davam edir. Nahar saatlarının ardından sərhəd qapısının qarşısında olan bölgəyə üst-üstə hava topu güllələri düşüb. Hücumların başlamasından indiyə qədər şəhər mərkəzinə və Mürşitpınar Sərhəd darvazasına 30-dan çox havan topu gülləsi atılıb.

Səhər saatlarında yalnız kəşf uçuşu edən koalisiyaya bağlı təyyarələr günortadan sonra isə İŞİD-in hücumlarını artırması üzərinə Mürşitpınar Sərhəd keçid məntəqəsindən olan Türkiyə Torpaq Məhsulları Ofisi Kobani tərəfindəki bölgəni bombalayıb.

Kobani Kantonu Xarici Əlaqələrin məsul şəxsi İbrahim Kürdo, səhər saatlarında Əl-Cəzirəyə etdiyi şərhdə son iki gündə İŞİD-in Kani Ərəb Məhəlləsi ətrafından 100-ə yaxın havan topu gülləsi atışı etdiyini söyləyib.

Kürdo: “Ancaq bu atışlar maddi ziyanın xaricində hər hansı bir zərər verməyib. Bu bir döyüşdür. Şərqdən zaman zaman hücum olur, lakin biz hücumlarını qırırıq. İŞİD Kobaniyə irəliləyə bilməz”.

 

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05