İŞİD Mosuldakı silahlılarına “əmək haqları”nın verilməsini dayandırıb

media-hightechnic-468x90

ishid-ishid-isil-isisİŞİD terror qruplaşması İraqın Mosul şəhərindəki silahlılarına “əmək haqları”nın verilməsini dayandırıb.

Yeniçağ.Az-ın “APA”-ya istinadən verdiyi xəbərə görə, bu barədə şəhərin sakinləri bildirib.

Nəşrin məlumatına görə, silahlıların hazırda maliyyə vəsaitlərinin əldə edə bilməməsinin səbəbi qruplaşmanın neft infrastrukturuna ciddi zərbənin dəyməsidir. Məlumata görə, bu vaxtadək silahlıların aylıq məvacibi 350 dollar təşkil edib.

“Telegraph” qeyd edir ki, şəhəri tərk etmələrinə görə sakinlərdən tələb olunan vəsaitlər son vaxtlar silahlıların əsas gəlir mənbəyinə çevrilib.

Qeyd edək ki, 2014-cü ildən İŞİD-in nəzarətinə keçən Mosulun azad olunması əməliyyatı oktyabrın 17-dən davam etdirilir.

Yeniçağ.Az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600