İŞİD peyğəmbərə aid türbəni partlatdı

media-hightechnic-468x90

60687_13035Terrorçular daha əvvəl Yunus peyğəmbərin sərdabəsini gürzlə dağıtmışdı

Daha əvvəl Yunus peyğəmbərin sərdabəsini gürzlə uçuran İŞİD terrorçuları bununla kifayətlənməyərək sərdabənin yerləşdiyi türbəni də dinamitlə havaya uçurublar.

10 iyundan bəri İraqın ikinci böyük şəhəri Mosulu ələ keçirən İŞİD terror təşkilatı yenə də dinc durmayıb.

Mosul, Telafer və Kərkükdə İslam alimlərinə aid türbələri və şiə məscidlərini dinamit istifadə edərək partladan təşkilat bu dəfə Mosulda Yunus (ə.) peyğəmbər türbəsi kimi tanınan tarixi məkanı eyni üsulla havaya uçurub.

Müsəlmanlar və xristianlar üçün də müqəddəs sayılan Yunus (ə.) peyğəmbər türbəsinin partladılması iraqlılar arasında kəskin reaksiyaya ilə qarşılanıb. Hicri-qəməri 134- cü ildə tikilən məscid hər il çox sayda yerli və xarici turist tərəfindən ziyarət edilirdi.

Hətta türk zəvvarlar müqəddəs torpaqlara Həccə gedərkən buranı ziyarət etməyi həcc ziyarətində tamamlayıcı bir ibadət olaraq görürdülər.

Qeyd edək ki, daha öncə türbədə olan qəbirlərin gürzlə dağıdılması videosu yayılmışdı.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600