İŞİD Türkiyəni belə hədələdi

media-hightechnic-468x90

isid-turkiye-yi-tehdit-etti-1604443İŞİD terror qruplaşması  İraqın Raqqa şəhərində türk dilində fəaliyyət göstərən www.darülhilafe.com saytı vasitəsilə Türkiyəni hədələyib.

Yenicag.az xəbər verir ki,  Türkiyənin son zamanlar İŞİD-ə qarşı apardığı mübarizə səbəbindən sözügedən saytda  xeyli hədələyici informasiyalar yayılıb.

Bu tip məlumatlara görə Türkiyənin Telekomunikasiyya Qurumu tərəfindən həmin saytın fəaliyyətinə iyulun 12-də xitam verilib.

Qeyd edək ki, saytda yer alan hədələyici məlumatda, Türkiyə dövlətinin  müsəlmanları basqı altında saxladığı deyilir.

“Türkiyədə saxtakarlıqlar baş alıb gedir. Cinsi azlıqlar meydan sulayır. Eyni zamanda bu ölkədə dərəbəylikdir. Polisə, əsgərə qarşı ciddi nifrət var”-deyə saytda bu kimi ittihamlar yer alıb.

Bildirək ki, darülhilafe.com saytı 5 ay əvvəl İŞİD-ın media qurumunun təsdiqi ilə Raqqa şəhərində fəaliyyətə başlayıb. Bu sayt İŞİD-ə olan yaxınlığı ilə seçilir.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa