“İŞİD” uşaqlara hərbi təlim keçir

media-hightechnic-468x90

1417187331_73620_res_01“İslam Dövləti” (“İŞİD”) uşaqları öz sıralarına cəlb edərək onları təlim düşərgələrinə göndərir.

Bunu BMT baş katibinin müavini Valeri Amos Təhlükəsizlik Şurasının iclasında deyib.

Toplantıda qruplaşmanın sıralarına cəlb olunan uşaqların sayında artım olduğu bildirilib. V. Amos Suriyanın Rakka şəhərindəki “İŞİD” düşərgəsində 350 uşağın təlim keçdiyini söyləyib. Bu uşaqlardan ən kiçiyi 5 yaşındadır.

V. Amos humanitar yardıma ehtiyacı olan uşaqların sayının 4 milyondan 5,6 milyona yüksəldiyini də açıqlayıb: “Uşaqları öldürür, işgəncələrə və seksual zorakılığa məruz qoyurlar”.

Baş katibin müavini BMT-dən Suriyada baş verən kobud insan haqları pozuntularına görə cəzasızlığa son qoymağa və cinayətlərdə əli olanları məsuliyyətə cəlb etməyə çağırıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600