“İslahatçı Gənclər”-dən beynəlxalq təşkilatlara mühüm müraciət

media-hightechnic-468x90

K77uK3wJ08LHFərid Şahbazlı: “Bu beynəlxalq hüquq normalarını heçə saymaqdır”

“Avropa Gənclər Parlamentinin Azərbaycanın(AGP) işğal edilmiş ərazilərinə qanunsuz səfərlər təşkil etmək məqsədi ilə “Artsax Respublikasında Təhsil Səyahəti (STAR)” adlı yeni layihəyə start verməsi beynəlxalq hüquq normalarını heçə saymaqdır”.

Bu sözləri “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı deyib. O, vurğulayıb ki, Ermənistan tərəfindən işğal olunan torpaqlar Azərbaycan Respublikasının BMT tərəfindən tanınan ərazisidir: “Belə olan halda Avropa Gənclər Parlamentinin Dağlıq Qarabağdakı separatçı, qondarma rejimlə hər hansı layihə icra etməsi və dünyaya insan hüquqları, demokratiya dərsi keçən beynəlxalq qurumların buna səssiz qalması bu dairələrin əsl mahiyyətini növbəti dəfə ortaya qoymuş olur”.

F.Şahbazlı bildirib ki, “İslahatçı Gənclər” İctimai Birliyi bu qanunsuz tədbirin qarşısının alınması məqsədilə AGP-nin mərkəzi ofisinə və Avropa Gənclər Parlamentinə üzv ölkələrin müvafiq dövlət qurumlarına müraciətlər göndərib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600