!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Özbəkistan nümayəndə heyəti Bakıda səfərdədir: İctimaiyyət nümayəndələri ilə görüş BAŞ TUDU – VİDEO/FOTO

!Reklam – Yazi

Azərbaycanda səfərdə olan Özbəkistanın Daşkənd Maliyyə İdarəetməsi və Texnologiya Universitetinin rektoru Azizxan Nadirovun və rəhbərlik etdiyi nümayəndə heyətinin “İslahatçı Gənclər” İctimai Birliyinin təşəbbüsü ilə Azərbaycanın ictimaiyyət nümayəndələri ilə görüşü baş tutub.

Yenicag.az xəbər verir ki, görüşdə “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvləri Hacıbəy Heydərli və Aqil Ələsgər, “Azxəbər” İnformasiya Agentliyinin rəhbəri Əfsələddin Ağalarov, “Gadimovs Groups” Təhsildə İnkişaf Mərkəzinin rəhbəri Urfan Qədimov iştirak ediblər.

Tədbirdə Azərbaycan və Özbəkistan arasında bütün sahələr üzrə inkişaf etməkdə olan əlaqələr müzakirə olunub. “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı çıxışında bildirib ki, Azərbaycanla Özbəkistanı tarixi dostluq, qardaşlıq və strateji əməkdaşlıq əlaqələri birləşdirir. Onun sözlərinə görə, bu gün sözügedən əlaqələr tarixdə bəlkə də ən yüksək pillədədir.
Qeyd olunub ki, ölkə rəhbərləri arasında olan yaxın dostluqlar dövlətlərarası münasibətlərə ciddi şəkildə təsir edir və bu münasibətlərə müsbət təsir göstərir.

Görüşdə çıxış edən Özbəkistanın Daşkənd Maliyyə İdarəetməsi və Texnologiya Universitetinin rektoru Azizxan Nadirov isə rəhbərlik etdiyi təhsil ocağının fəaliyyəti və Azərbaycandakı universitetlər, habelə ayrı-ayrı dövlət qurumları ilə keçirilən görüşlər barədə məlumat verib. O, bildirib ki, hər iki ölkə arasında əməkdaşlıq əlaqələri sürətlə inkişaf edir və bu əlaqələrin təhsil sahəsində də genişlənməsinə çox böyük ehtiyac var.

Digər çıxış edən qonaqlar da Azərbaycan və Özbəkistan arasındakı dostluq və qardaşlıq əlaqələrinə diqqət çəkiblər. Vurğulanıb ki, Azərbaycanın işğaldan azad edilən Qarabağ bölgəsində – Füzulidə Özbəkistanın məktəb inşa etməsi və onu dövlətimizə hədiyyə etməsinin çox böyük mənəvi dəyəri var. Bildirilib ki, təhsil əlaqələrinin yeni mərhələyə keçməsi hər iki ölkə arasında akademik münasibətlərin inkişafına dəstək verir. Eyni zamanda, təhsil əlaqələrinin inkişafı ilə hər iki ölkədə tələbələrin təhsil almasına fayda göstərəcək ki, bu da iki ölkə arasında münasibətlərin inkişafına müsbət təsir yaradacaq.

 

www.yenicag.az

171
!Crossmedia
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv