İslamiada: Azərbaycanın növbəti qızıl medalı

IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın aktivinə daha bir qızıl medal yazılıb.

Yeniçağ.Az xəbər verir ki, bu şərəfə Roman Heydərov nail olub.

Karateçimiz kata yarışının finalında türkiyəli Mehmet Yakandan üstün olub. Rəqibini 3:2 hesabı ilə məğlub edən təmsilçimiz, fəxri kürsünün birinci pilləsinə qalxıb.

Yeniçağ.Az