“Qalatasaray”ın sabiq qapıçısı tarix yazdı
“Qalatasaray”ın keçmiş qapıçısı Fernando Muslera yeni komandası – Argentinanın “Estudiantes” klubunda növbəti uğuruna imza atıb.
Yenicag.az xəbər verir ki, təcrübəli qapıçı son bir həftə ərzində iki fərqli turnirdə kubok qazanaraq karyerasına daha bir titul əlavə edib.
“Estudiantes” Argentina Çempionlar Kubokunun finalında “Platense” ilə qarşılaşıb. Görüş Musleranın komandasının 2:1 hesablı qələbəsi ilə başa çatıb və kubok “Estudiantes”in muzeyinə aparılıb.
Matçın gedişi isə olduqca dramatik alınıb. “Estudiantes” 51-ci dəqiqədə Zapiolanın qolu ilə hesabda geri düşüb. İlk hissə bu nəticə ilə yekunlaşıb. Qarşılaşmanın son dəqiqələrində isə səhnəyə Lukas Alario çıxıb. Hücumçu 79-cu dəqiqədə hesabı bərabərləşdirib, 90-cı dəqiqədə vurduğu qolla komandasına möhtəşəm geridönüş və çempionluq qazandırıb.
Qeyd edək ki, “Estudiantes” bundan bir həftə əvvəl, dekabrın 14-də Argentina Liqasının 2-ci mərhələsinin finalında “Rasinq Klub”u məğlub edərək çempion olmuşdu.












