Azərbaycanın güləş hakimi ən yüksək kateqoriyaya yiyələndi

media-hightechnic-468x90

Azərbaycanın güləş hakimi Bəşir İsazadə ən yüksək dərəcə sayılan I-S kateqoriyasına yiyələnib.

Bu barədə Yenicag.az-a Azərbaycan Güləş Federasiyasından bildirilib.

Bu il U-23 Avropa çempionatında, U-20 dünya çempionatında və İslam Həmrəyliyi Oyunlarında ədaləti qoruyan lənkəranlı referi Dünya Güləş Birliyinin (UWW) etimadını doğruldub. Bu dərəcəyə sahib hakimlər bütün yarışlarda, o cümlədən Olimpiya Oyunlarında iştirak etmək hüququ qazanırlar.

Daha 2 referi isə beynəlxalq kateqoriyalı ədalət təmsilçiləri sırasına qoşulub. Oktyabrın 7-12-də Macarıstanın Tatabanya şəhərində təşkil edilən veteranların dünya çempionatında iş başında olan və imtahandan keçən Samir Hacıyevlə (Astara) Əkbər Məmmədli (Göyçay) UWW-nin qərarı ilə III dərəcəli beynəlxalq hakim statusuna yiyələniblər.

Bununla da Azərbaycanın beynəlxalq hakimlərinin sayı 25-ə çatıb.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 05.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05