!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İsmayıllı-Lahıc yoluna qaya parçaları töküldü: Səbəb açıqlandı - YENİLƏNDİ/VİDEO

!Reklam – Yazi

İsmayıllı-Lahıc avtomobil yolunun sağ hissəsində yerləşən, hündürlüyü təqribən 100 metrə yaxın qayada uçqun baş verib.

Yenicag.az xəbərinə görə, hadisə il bağlı açıqlama verən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev bildirib ki, uçqun hal-hazırda səngiyib.

“Asılı qaya parçalarının yola düşmə ehtimalı azdır. Bu uçqun prosesidir. Yolun sağ tərəfində sürüşmə ehtimalı yoxdur. Təbii ki, qayanın özü yağış, külək və s. səbəblərdən destruksiyaya uğrayır. Buna görə də qayada parçalanma gedir. Klastik parçalanmadan sonra aslı iri qaya parçaları öz dayanıqlığını itirir və uçmayla nəticələnir. Həmin ərazi üçün uçqunların olması klassik davamlı uçma kateqoriyasına daxildir. Bu ərazidə əvvəllər də uçqun prosesi baş verib. Son ayda iki dəfə bu ərazidə uçqunun olmasının səbəblərindən biri də yağıntının çox olmasıdır. Həmin yamacın hamarlanıb bitməsinə qədər uçqun proseslərinin olması ehtimalı var”, – deyə Xidmət rəisi bildirib.

Qeyd edək ki, bu gün səhər saatlarında İsmayıllı-Lahıc avtomobil yolunun 17-18-ci km-lik hissəsində yolun hərəkət hissəsinə qaya parçaları tökülərək yolu bağlamışdı. Artıq yol qaya parçalarından təmizlənib və hərəkət bərpa edilib.

 

 

*** 10:22

 

Bu gün səhər saatlarında İsmayıllı-Lahıc avtomobil yolunun 17-18-ci km-lik hissəsində yolun hərəkət hissəsinə qaya parçaları tökülüb.

Yenicag.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Məlumata görə, dərhal əraziyə Dövlət Agentliyinin xüsusi təyinatlı texnikaları və canlı qüvvəsi cəlb edilib.

Yolun hərəkət hissəsinə tökülmüş qaya parçalarının kənarlaşdırılması istiqamətində aparılan işlər yaxın dəqiqələrdə başa çatdırılaraq yol boyu hərəkət bərpa olunacaq

www.yenicag.az

1043
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv