İsmayıllıda böyük yanğın söndürüldü - FOTO - YENİLƏNDİ

media-hightechnic-468x90

İsmayıllı şəhərinin mərkəzində, bazarın yaxınlığında başlayan güclü yanğın söndürülüb. 

Fövqəladə Hallar Nazirliyindən Yenicag.az-a bildirilib ki, İsmayıllı şəhəri, Cavanşir küçəsində baş verən yanğın, havanın küləkli olmasına baxmayaraq, yanğından mühafizə bölmələri tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

***

13:00

İsmayıllı rayonunda böyük ərazidə yanğın hadisəsi baş verib.

Yenicag.az Unikal-a istinadən xəbər verir ki, bu gün saat 12:00 radələrində İsmayıllı şəhərinin Heydər Əliyev prospektində yerləşən bir evdə başlayan yanğın qısa vaxtda böyük ərazini əhatə edib. Hadisə yerinə FHN-nin İsmayıllı Dövlət Yanğından Mühafizə Hissəsinin 3 avtomobili və canlı qüvvəsi cəlb olunub.

İndiyədək ərazidə 2 ev və 3 mağaza yanıb. Hazırda yanğın davam edir, getdikcə genişlənən alovun qarşısını almaq çətinləşib. Yanğının baş vermə səbəbi hələ ki, məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600