Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanı doğum günü münasibətilə ispan dilli media da təbrik edib.
Yenicag.az xəbər verir ki, Nikaraquanın “Kanal 8” və “Globo TV” televiziya kanalları, eyni zamanda İspaniya, Meksika, Kolumbiya, Kosta Rika, Honduras, Venesuela Bolivar Respublikası və Argentina kimi ispan dilli ölkələrinin mətbu orqanları Mehriban xanım Əliyevanı doğum günü münasibətilə təbrik ediblər.
Məqalələrdə və reportajda qeyd olunub ki, dünyada ən işgüzar birinci xanım kimi tanınan Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva böyük və çoxşaxəli fəaliyyəti dövründə bir-birindən fərqli layihələrin müəllifi olaraq saysız insanların mənəvi dostuna çevrilib. Həyata keçirdiyi layihə və proqramlarının əsas istiqamətlərini təhsil, mədəniyyət, səhiyyə, idman və sosial sahələr təşkil edir. Fond qayğıya ehtiyacı olanlara kömək göstərmək, milli-əxlaqi dəyərləri qorumaq, həmçinin dünya ictimaiyyətinin diqqətini Azərbaycan həqiqətlərinə cəlb etmək üçün fəaliyyətində qətiyyətlidir, israrlıdır.
Eyni zamanda, Heydər Əliyev Fondunun qədim Qarabağ torpağında dini abidələrin və məscidlərin bərpası layihəsinə başlayacağı vurğulanıb:
“Heydər Əliyev Fondunun tətbiq etdiyi mədəniyyət diplomatiyası ölkənin xarici siyasətinin irəliləməsində əhəmiyyətli rol oynayır. Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu mədəniyyətlər və dinlərarası əlaqələrin inkişafına və humanitar sahədə digər ölkələrlə ikitərəfli əlaqələrin dərinləşməsinə töhfə verir”.
Sonda isə vurğulanıb ki, avqust ayının 26-sı Mehriban Əliyevanın doğum günüdür.
İspan dilli ölkələrin mediası Mehriban xanım Əliyevanı təbrik edib və uğurlar arzulayıblar.
İspaniyanın “Horrapress EU” media agentliyi
Meksikanın “Expresión Mexico” media agentliyi
Meksikanın “Mi Punto de Vista” media agentliyi
Meksikanın “Club Juridico” media agentliyi
Kolumbiyanın “Snoticias” media agentliyi
Kosta Rikanın “La voz de Goicoechea” media agentliyi
Hondurasın “El Diario de Honduras” media agentliyi
Venesuelanın “Agencia Internacional del Sur- AiSUR” media agentliyi
Argentinanın “Data Política y Económica” media agentliyi
Nikaraquanın “Kanal 8” və “Globo TV” televiziya kanalları