“İspaniyadan bunu gözləmirdim“
Argentina millisinin futbolçusu Lionel Messi “DÇ-2014″də çıxışını ən çox bəyəndiyi yığmaların adını açıqlayıb.
O, indiyə kimi ən çox Hollandiya və Almaniyanın uğurlu çıxış etdiyini deyib.
Messi Hollandiyanın son dünya çempionu İspaniyaya 5:1 hesabı ilə qalib gəlməsini gözləmədiyini də bildirib:
“DÇ-2014″də indiyə kimi ən yaxşı komandalar Hollandiya və Almaniyadır. Ancaq növbəti matçlarda nələrin olacağını bilmək olmaz. Hələ əsl gücünü göstərməyən bir komanda ölkə var”.