İspaniyanın Baş naziri parlamenti buraxır

media-hightechnic-468x90

İspaniyanın Baş naziri Pedro Sançes mayın 29-da parlamenti buraxmaq və növbədənkənar seçkilər təyin etmək qərarına gəldiyini açıqlayıb.

Yenicag.az xəbər verir ki, o bu barədə qərarını dövlət başçısı, kral VI Filipə bildirib.

Baş nazirin sözlərinə görə, seçkilər iyulun 23-də keçiriləcək. Sançes qərarını mayın 28-də keçirilən regional və bələdiyyə seçkilərinin nəticələri ilə əsaslandırıb.

Səsvermənin nəticələrinə görə, iradənin ifadə olunduğu 12 muxtar icmanın əksəriyyəti Sançesin rəhbərlik etdiyi İspaniya Sosialist İşçi Partiyasının ənənəvi rəqibi olan mühafizəkar Xalq Partiyasını dəstəkləyib.

Qeyd edək ki, krallıqda ümumi seçkilər 2023-cü ilin sonuna təyin edilmişdi./Oxu.az/

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600