İsrailin baş naziri Binyamin Netanyahu ölkəsinin BMT ilə münasibətlərini yenidən nəzərdən keçirəcəyini bildirib. Buna səbəb BMT Təhlükəsizlik Şurasının İsrailin məskunlaşma fəaliyyətinə son qoyulmasını tələb edən qətnamənin qəbul etməsi olub.
Bu barədə Yeniçağ.Az APA-ya istinadən xəbər verib.
“Mən XİN-ə BMT ilə bütün təmasları bir ay ərzində yenidən nəzərdən keçirilməsinə dair göstəriş vermişəm. Buraya BMT təsisatlarının İsrail tərəfindən maliyyələşdirilməsi və BMT nümayəndələrinin İsraildə olması kimi məsələlər də aiddir”, – deyə baş nazir qeyd edib.
Qeyd edək ki, BMT Təhlükəsizlik Şurası ötən gün İsraildən Fələstin ərazilərində yaşayış məskənlərinin inşasına son qoymağı tələb edən qətnamə qəbul edilib.
Sənəddə həmçinin qeyd edilir ki, tərəflər dinc əhaliyə qarşı zorakılıq aktlarının qarşısını almaq üçün addımlar atmalıdır, Fələstinin yekun statusu ilə bağlı etibarlı danışıqların başlamasına səy göstərməlidirlər.
Qətnamənin lehinə Təhlükəsizlik Şurasının 14 üzvü səs verib.
İsrail qətnaməni icra etməyəcəyini bəyan edib.
Yeniçağ.Az
www.yenicag.az