İsrail İrana zərbə ilə bağlı xəbərdarlıq etdi

media-hightechnic-468x90

İsrail tərəfi hesab edir ki, ABŞ ilə İran arasında əldə olunacaq hər hansı razılaşma İslam Respublikasının ballistik raketlərdən tam imtina etməsini nəzərdə tutmalıdır.

Yenicag.az xəbər verir ki, bu barədə CNN telekanalı mənbəsinə istinadən məlumat yayıb.

Məlumata görə, Tehran bu şərtlə razılaşmayacağı təqdirdə İsrail müstəqil şəkildə hərəkət etməyə və İsrail Müdafiə Qüvvələrinin qüvvələrini cəlb edərək zərbə endirməyə hazırdır.

Qeyd olunur ki, İsraildə ABŞ ilə İran arasında hərbi toqquşmanın getdikcə daha real hala gəldiyinə dair proqnozlar güclənir. Bu meyl xüsusilə danışıqlar prosesinin başlanması fonunda önə çıxır.

Mənbənin bildirdiyinə görə, hadisələrin inkişafı üçün bir neçə ssenari mümkündür.

Onların arasında razılaşmanın əldə olunması, heç bir razılaşma olmadan birbaşa münaqişə, eləcə də danışıqların başlanmasına baxmayaraq sonradan eskalasiyaya gətirib çıxaran variant var./Apa/

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 03.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05