!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İsrail ordusu qoşunların bu ərazidən çıxardı - Əş-Şifa xəstəxanasını isə tamamilə dağıtdı

!Reklam – Yazi

14 günlük mühasirədən sonra soyqırımda ittiham olunan İsrail ordusu blokadada olan Qəzza zolağındakı ən böyük tibb kompleksi – əş-Şifa xəstəxanasını tamamilə dağıdıb və xəstəxana ərazisindən qoşunlarını çıxarıb.

Yenicag.az xəbər verir ki, hadisə şahidlərinin “Anadolu” agentliyinə verdiyi məlumata görə, İsrail ordusu qüvvələri Əl-Şifa xəstəxanası və yaxınlıqdakı yaşayış məntəqələrindən tamamilə geri çəkilərək Qəzza şəhərinin cənub-qərbindəki Tel əl-Həva bölgəsinin cənubuna göndərilib.

Şahidlərin dediyinə görə, əş-Şifadan çıxmazdan əvvəl hərbçilər tibb kompleksinin bütün binalarını yandırıb və onu tamamilə sıradan çıxarıblar.

Xəstəxananın cərrahiyə korpusunun döşəmələri və otaqları tamamilə dağılıb, qalanları yanıb. Baş qəbul məntəqəsi və təcili yardım binası da yanıb, bütün tibbi ləvazimatlar sıradan çıxıb.

Şahidlərin bildirdiyinə görə, İsrail qüvvələri urologiya şöbəsini, doğum evini, meyitxananı, onkologiya şöbəsini və yanıqlar şöbəsini də yandırıb, klinika binasını dağıdıb.

Əş-Şifa xəstəxanasında və yaxınlıqdakı Ömər əl-Muxtar, İzzəddin əl-Qəssam, Əbu Hasir, Bəkir və Həbbuş küçələrində onlarla qətlə yetirilən fələstinlinin cəsədi tapılıb.

Hərbçilər əş-Şifa tibb kompleksinin ərazisində fələstinlilər tərəfindən yaradılmış müvəqqəti qəbiristanlığı dağıdıb, ölənlərin cəsədlərini məzarlardan çıxarıb və xəstəxananın ətrafına səpələyiblər.

Fələstin səhiyyə sektorunun nümayəndələri də təsdiqləyiblər ki, xəstəxana tamamilə sıradan çıxıb və cari dövrdə işi bərpa etmək çətin olacaq.

Onlar ordunun xəstəxanadakı bütün tibbi avadanlıqları, əməliyyat və reanimasiya palatalarını məhv etdiyini bildiriblər.

İsrail hərbçiləri 10 günlük mühasirədən sonra 2023-cü il noyabrın 24-də əş-Şifa tibb kompleksinin binalarının bir hissəsini tərk ediblər.

Yenicag.az

COP29

www.yenicag.az

179
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv