İsrail ordusu Tehrandakı yeraltı ballistik raket sınaq obyektini vurub

media-hightechnic-468x90

İsrail Müdafiə Qüvvələri Tehrana gecə hava zərbələrinin növbəti seriyası çərçivəsində İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) üçün ballistik raketlərin hazırlanması və sınaqlarının aparılması üçün nəzərdə tutulan yeraltı obyekti vurub.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti bildirib.

“Ən mühüm zərbələrdən biri SEPAH-ın sərəncamında olan silah tədqiqat və hazırlama kompleksinə endirilib”, – rəsmi bəyanatda qeyd olunur.

Kompleks SEPAH-ın Mərkəzi Hərbi Universitetinin (“İmam Xomeyni”) mərkəzində yerləşirdi və əməliyyat fəaliyyəti üçün ehtiyat obyekt və toplanma yeri kimi xidmət edirdi.

Qeyd olunan komplekslə yanaşı, İsrail həmçinin “Əl-Qüds” bölməsinin baş qərargahının ərazisindəki infrastruktur obyektlərinə və Tehranın silah və müdafiə sistemlərinin istehsalı ilə məşğul olan digər müəssisələrə zərbələr endirib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05