İsrail səfiri şəhidlərimizi yad etdi – FOTO

İsrailin ölkəmizdəki səfirliyində Vətən müharibəsində şəhid olanların xatirələri yad edilib.

Yenicag.az xəbər verir ki, bununla bağlı səfirliyin sosial media hesabında paylaşım edilib.

“Bu gün Anma Günündə səfir Corc Dik və səfirlik heyəti azərbaycanlılarla həmrəy olaraq müharibə qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etdi. Bölgəyə sülh arzulayır və qurbanların ailələrinə başsağlığımızı çatdırırıq”, – deyə paylaşımda qeyd edilib.