İsrailin dövlət qurumlarının rəsmi saytlarına kiberhücum təşkil edilib.
Yenicag.az xəbər verir ki, bu barədə “Haaretz” nəşri məlumat yayıb.
Bildirilib ki, qaynağı bilinməyən kiberhücum nəticəsində Baş nazirlik, Daxili İşlər, Səhiyyə, Ədliyyə və Sosial İşlər nazirliklərinin saytlarına giriş məhdudlaşıb.
Bunda əlavə, sözügedən kiberhücumun bu günə qədər İsrailə təşkil edilmiş ən böyük hücum olduğu bildirilir.
Hadisə ilə bağlı Milli Kibertəhlükəsizlik İdarəsi tərəfindən fövqəladə hal elan edilib.
www.yenicag.az