!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İsraildən növbəti hücum – HƏMAS liderinin mühafizəçiləri öldürüldü

!Reklam – Yazi

HƏMAS İsrailin Şati Qaçqınlar Düşərgəsini hədəf alan hücumunda İsmayıl Haniyənin bəzi mühafizəçiləri və ofisində çalışanların həyatını itirdiyini açıqlayıb.

Yenicag.az xəbər verir ki, başsağlığı mesajının yer aldığı açıqlamada həyatını itirənlərlə bağlı ətraflı məlumat verilməyib.

HƏMAS bəyan edib ki, bu hücum İsrailin “Haniyə ilə yaxın və ya uzaq əlaqələri olan hər kəsə qarşı nifrətinin ölçüsünü” əks etdirir.

Bildirilib ki, İsrailin törətdiyi bu cinayətlər Haniyənin övlad və nəvələrinin öldürülməsi və ya qohumlarının evlərinin bombalanması ilə başlamayıb, Tehranda sui-qəsdlə də bitməyəcək.

İsrailin hücumlarının fələstinlilərin müqavimət iradəsini qıra bilməyəcəyi vurğulanıb.

Qeyd edək ki, İsrailin dünən Şati Qaçqınlar Düşərgəsində bir qrup fələstinlini hədəf aldığı hücumda 6 nəfər həyatını itirib, çox sayda insan yaralanıb.

Xatırladaq ki, HƏMAS lideri İsmayıl Haniyə iyulun 31-də Tehranda öldürülüb. İran və HƏMAS Haniyənin öldürülməsinin arxasında İsrailin olduğunu bəyan ediblər.

Nəsimi Ələsgərli

COP29

www.yenicag.az

235
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv