İsrailin Qəzza zolağının Deyr əl-Bələh bölgəsinə hücumu nəticəsində beynəlxalq yardım təşkilatının əcnəbi əməkdaşları və bir fələstinli həlak olub.
Yenicag.az xəbər verir ki, Fələstinin “WAFA” xəbər agentliyinin yerli mənbələrə istinadən yaydığı məlumata görə, İsrail qüvvələrinin hücumunun hədəfi Deyr əl-Bəlahın qərb hissəsində sahil yolunda mülki avtomobil olub.
Xüsusilə, qida yardımı təşkilatı World Central Kitchen (WCK) 4 əməkdaşının öldüyü bildirilir.
Bu arada Qəzza hökumətinin mətbuat xidməti İsrailin hücumunun qurbanlarının Avstraliya vətəndaşı, iki Böyük Britaniya və Polşa vətəndaşı, naməlum xarici vətəndaşlığı olan bir nəfər və bir fələstinli olduğunu bildirib.
“World Central Kitchen” beynəlxalq təşkilatı da Qəzza zolağında faciəli hadisə ilə bağlı xəbər aldığını bildirib.
“Bu faciədir. Humanitar işçilər və mülki şəxslər heç vaxt hədəfə alınmamalıdır”, -WCK bildirib.
Bu arada İsrail ordusu hadisə ilə bağlı “hərtərəfli araşdırma” apardığını açıqlayıb.
Bundan əvvəl İsrail Hərbi Hava Qüvvələri Deyr əl-Bələh şəhərinin Əl-Həkər bölgəsindəki Əl-Bəşir məscidinə zərbələr endirmiş, nəticədə bir uşaq həlak olmuş, 20 nəfər yaralanmışdı.
Yenicag.az
www.yenicag.az