İsrailin imicinə növbəti AĞIR ZƏRBƏ - POLİTOLOQ AÇIQLADI
“Sumud donanmasının aktivistlərinin əsir götürülməsi İsrailin beynəlxalq aləmdə imicinə növbəti ağır zərbə olacaq”.
Bu sözləri Yenicag.az-a açıqlamasında bildirib.
Politoloq dünən 9 gəmidən ibarət Sumud donanmasının Qəzza bölgəsinə humanitar yardım apararkən İsrailin müdaxilə edərək 200-ə yaxın aktivisti əsir almasını şərh edib:
“Oxşar vəziyyət 2010-cu il 30 mayda da baş verdi. “Mavi Marmara” gəmisi və daha bir neçə kiçik tutumlu gəmi ilə Qəzzaya yardım aparan könüllülər və hüquq müdafiəçiləri İsrail ordusunun hücumuna məruz qalmış, ölənlər olmuşdu. O zaman Türkiyə beynəlxalq səviyyədə İsrailə qarşı ciddi kampaniya aparmış, hadisənin pisləşməsinə nail olmuşdu. 2013-cu ildə isə İsrailin baş naziri Bünyamin Netanyahu ABŞ prezidenti Barak Obamanın təzyiqi ilə telefonla Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğandan üzr istədi. Eyni zaman “Mavi Marmara” gəmisində ölənlərin ailələrinə və zərərçəkənlərə 20 milyon dollar təzminat ödədi. İsrail Fələstin ərazilərini öz sərhədləri hesab edir və bu cür addımları öz milli təhlükəsizliyinə təhdid adlandıraraq hərbi güc tətbiq edir. Bu dəfə də Smud donanmasına İsrailin hərbi müdaxilə edəcəyi gözlənilirdi. Çünki yolda bir neçə dəfə dronla hücumlar olmuşdu”.
Rövşənoğlu İsrailin illər sonra eyni addımı təkrarlamasının mümkün nəticələri haqqında danışıb:
“Ancaq düşünürəm ki, bu hadisə İsrailin beynəlxalq aləmdə imicinə növbəti bir zərbə olacaq. Beynəlxalq aləmin qınağı ilə üz-üzə qalacaq. Silahsız, yalnız humanitar yardım aparan kiçik gəmilərə bu şəkildə hərbi güc tətbiqi qəzəb doğurmalıdır. İsrail beynəlxalq ictimai rəylə hesablaşmalıdır, hər dinc aksiyanı milli təhlükəsizliyə təhdid adlandıraraq zor tətbiq edə bilməz”.
Nurlan Cəfəri