Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

İşsizlərə verilən 190 manat inflyasiya yaradacaq? - İqtisadçıdan XƏBƏRDARLIQ

“Yardımın nağd vəsait şəkildə ödənilməsi həm də Mərkəzi Bankı çətin duruma salır”.

Artıq bir neçə gündür, Dövlət Məşğulluq Xidməti orqanlarında işsiz kimi qeydiyyata alınan vətəndaşlara yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmə prosesinə başlanılıb.

Azərbaycan hökumətinin koronavirus pandemiyasının neqativ təsirlərini aradan qaldırmaq məqsədilə təsdiqlədiyi Tədbirlər Planına əsasən, bu proses 200 min vətəndaşı əhatə edəcək. Ümumilikdə iki ayı əhatə edəcək bu ödəmələr üçün 70 milyon manat vəsait ayrılıb.

İşsiz vətəndaşlara ödənilən nağd vəsaitin ölkənin maliyyə bazarına mümkün təsirlərini Yenicag.az-a şərh edən iqtisadçı Alxan Xələfov bildirib ki, bu qərar müəyyən risklərə yol açır.

Onun sözlərinə görə, dövlətin öz vətəndaşına yardım etməsi müsbət hal olsa da, mövcud şəraitdə atılan hər addımda ehtiyatlı olmaq vacibdir:

“İşsiz vətəndaşlar üçün ayrılan vəsait bazarda isti pul kütləsinin artmasına səbəb olacaq. Bu isə öz növbəsində inflyasiya üçün zəmin yaradır. Yaxşı olardı ki, dövlət etdiyi yardımı pul şəklində yox, məhz məhsul şəklində həyata keçirərdi.

Yardımın nağd vəsait şəkildə ödənilməsi həm də Mərkəzi Bankı çətin duruma salır. Çünki Mərkəzi Bank mövcud şəraitdə dolların məzənnəsində olan artımı aradan qaldırmaq üçün müəyyən əməliyyatlar aparır.

Bundan əlavə, Mərkəzi Bankın əsas vəzifəsi tədavüldə olan pul kütləsini nəzarətdə saxlamaq və inflyasiyanın qarşısını almaqdan ibarətdir. 200 min işsiz vətəndaşa 190 manat verilməsi tədavülə əlavə 38 milyon manatın daxil olması deməkdir. Belə olan halda isə inflyasiya qaçılmazdır”.

Gülşən Şərif

www.yenicag.az

860