!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

"Fənərbaxça" İstanbul derbisindən üzü ağ çıxdı - YENİLƏNDİ

!Reklam – Yazi

Futbol üzrə Türkiyə Superliqasında XV turun daha üç oyunu keçirilib.

Yenicag.az xəbər verir ki, turun mərkəzi qarşılaşmasında “Fənərbaxça” “Beşiktaş”ın qonağı olub. “Tüpraş” stadionunda reallaşan İstanbul derbisi qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Hesabı 10-cu dəqiqədə “Fənərbaxça”nın hücumçusu Edin Ceko açıb. 24-cü dəqiqədə meydan sahibləri Aleks Oksleyd Çemberleynin penalti qolu ilə tarazlığı bərpa edib. Oyunun 63-cü dəqiqəsində qonaqlar yenidən hesabda önə çıxıblar. Duşan Tadiç 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirib. Serbiyalı yarımmüdafiəçi 90+3-cü dəqiqədə isə penaltini boşa verib. Matçda son nöqtəni isə əsas vaxta əlavə olunmuş 6-cı dəqiqədə polşalı yarımmüdafiəçi Sebastyan Şimanski qoyub.

Bu qələbədən sonra xallarını 40-a çatdıran “Fənərbaxça” yenidən liderliyə yüksəlib. Eyni xala malik “Qalatasaray” ikincidir. Bir oyun az keçirən “Kayserispor” 26 xalla 3-cü, “Beşiktaş” isə eyni xalla dördüncüdür.

***

18:20
Bu gün futbol üzrə Türkiyə Superliqasında XV turun daha üç oyunu keçiriləcək.

Yenicag.az xəbər verir ki, turun mərkəzi qarşılaşmasında “Fənərbaxça” “Beşiktaş”ın qonağı olacaq. “Tüpraş” stadionunda reallaşacaq İstanbul derbisi Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Görüşü Atilla Karaoğlan idarə edəcək.

Superliqanın XV həftəsinin ilk matçında “Qalatasaray” doğma meydanda “Adana Dəmirspor”u qəbul edib. 3-1 hesabı ilə başa çatan qarşılaşmada “cim-bom” çempionluq yolunda 3 xal qazanıb. Bununla da bir oyun artıq keçirən “Qalatasaray” 40 xalla turnir cədvəlində liderliyə yüksəlib.

www.yenicag.az

229
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv