Reklam: Sinerji

RAMAZAN: XƏBƏRLƏR, MƏQALƏLƏR VƏ MƏSLƏHƏTLƏR

Azərbaycanda koronavirusla bağlı xəbərlər

Koronavirusun onlayn statistikası

Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

İstanbulda gənclər cümhuriyyətçiləri yad etdilər – VİDEO

İstanbul Universiteti Azərbaycan Mədəniyyət və Həmrəylik Birliyi 28 May – Respublika Günü münasibəti ilə videoçarx təqdim edib.

Videoçarxda Azərbaycan Xalq Cümhuriyyəti dönəminin ziyalılarının fikirləri İstanbul Universitetində təhsil alan azərbaycanlı tələbələr tərəfindən səsləndirilib. Məhəmməd Əmin Rəsulzadə, Fətəli Xan Xoyski, Nəsib Bəy Yusifbəyli, Əlimərdan Bəy Topçubaşov, Əhməd Bəy Ağaoğlu, Mirzə Bala Məmmədzadə, Əli Bəy Hüseynzadə, Üzeyir Hacıbəyov kimi ziyalıların xüsusən Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı fikirlərinə yer verilib.

Təşkilatın sədri Anar Can Kıtayın sözlərinə görə, videoçarxın məqsədi Azərbaycan Xalq Cümhuriyyətinin 102-ci ildönümündə bu önəmli tarixi hadisəyə diqqət çəkmək və dönəmin görkəmli xadimlərinin dili ilə birlik mesajı verməkdir.

İstanbul Universitetində ilk dəfə olaraq 2017-ci ildə fəaliyyətə başlayan Azərbaycan Mədəniyyət və Həmrəylik Birliyinin əsas məqsədi azərbaycan kökənli gənclərə dəstək vermək və özlərini daha yaxşı ifadə etmələrinə yardımçı olmaq, yerli və xarici tələbələrə Azərbaycan mədəniyyəti, ədəbiyyatı və tarixini düzgün şəkildə tanıtmaq, “Bir millət, iki dövlət” şüarını əsas tutaraq qardaş ölkə gənclərinin əməkdaşlığını, qaynaşmasını təmin etməkdir.
Qeyd edək ki, İstanbul Universiteti Türkiyənin ən qədim universiteti olmaqla yanaşı, dünyanın ən yaxşı 500 universiteti siyahısına daxil olmuş (2006) ilk Türkiyə universitetidir və eyni zamanda Asiyanın ən yaxşı 100 universiteti sırasındadır. Universitet iki Nobel mükafatçısını yetişdirib.

Sözügedən videoçarxı sizə təqdim edirik:

www.yenicag.az

266