İstanbulda saxta 1 milyard dollar çap edən şəxslər saxlanıldı

media-hightechnic-468x90

İstanbul Jandarma Komandanlığı qrupları saxta 1 milyard dollar çap edərək Afrika ölkələrinə göndərməyə hazırlaşan şəxsləri saxlayıb.

Yenicag.az-ın verdiyi xəbərə görə, əməliyyat zamanı 1 Türkiyə, 3 İsveç, 1 Büyük Britaniya və 1 Qana vətəndaşı saxlanılıb.

Hüquq Mühafizə Orqanları əməkdaşları müəyyən edilmiş ünvanlarda axtarış apararaq seyflərdə 100 əskinas şəklində cəmi 1 milyard dollarlıq saxta pul ələ keçirilib.

Müsadirə edilən saxta pulun “Cümhuriyyət tarixində bir anda ələ keçirilən ən yüksək məbləğ” olduğu da bildirilib./apa/

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600