!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İstanbuldakı terrorda ölənlər arasında azərbaycanlı var?

!Reklam – Yazi

1441560940_xinAzərbaycanın İstanbuldakı Baş Konsulluğu Sultanəhməd meydanındakı partlayış zamanı xəsarət alanlar arasında azərbaycanlıların olub-olmaması məsələsini araşdırır.

Bu barədə açıqlamasında Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

“Xarici İşlər Naziliyinin təlimatı əsasında Azərbaycanın İstanbuldakı Baş Konsulluğu Türkiyənin rəsmi dövlət orqanlar vasitəsilə bu hadisə zamanı ölən və yaralananlar arasında Azərbaycan vətəndaşlarının olub-olmamasını araşdırır. Bu barədə ictimaiyyətə əlavə məlumat veriləcək”, – deyə o, qeyd edib.

Qeyd edək ki, bu gün Türkiyədə İstanbulun mərkəzi meydanlarından olan Sultanahmetdə güclü partlayış baş verib. Partlayışda nəticəsində 10 nəfər həlak olub. Partlayış nəticəsində ölənlərdən 9 nəfəri alman turistidir. Xəsarət alanlar arasında polislər də var.(Azvision)

www.yenicag.az

525
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv