İstanbuldakı zəlzələnin Azərbaycana təsiri MÜMKÜNDÜRMÜ? – Ekspertdən AÇIQLAMA

media-hightechnic-468x90

“Türkiyədən başlayıb Xəzər dənizinə qədər uzanan nəhəng tektonik blok yenidən aktivləşdi”.

Bunu Yenicag.az-a açıqlamasında seysmoloq Qulam Babayev deyib.

media-1720000717_screenshot-2024-07-03-135820

O, İstanbulda baş verən zəlzələnin Azərbaycana mümkün təsirlərindən danışarkən söyləyib ki, ümumilikdə dünya miqyasında tektonik və seysmik aktivlik artıb.

“Türkiyə nəhəng tektonik blokların qovuşma nöqtəsində yerləşir. Daha öncədən də bu zəlzələ proqnozlaşdırılırdı. Ola bilər ki, Türkiyə ərazisində səngiyən seysmik ocaqlar yenidən aktivləşsin. Daha güclü zəlzələnin olub-olmamasını demək çətindir, ancaq region yenə də silkələnəcək. Ətraf ərazilərdə baş verən seysmik hadisələrin Azərbaycandan yan keçməsi fiziki qanunlara ziddir. Düzdür, irəliləyişlər var, ancaq intensiv deyil. Bu səbəbdən ölkəmizdə hiss olunsa da, güclü zəlzələ gözlənilmir. 4.5-5.5 ballıq hiss olunan zəlzələ qaçılmazdır. Lakin dərinlik burada mühüm rol oynayır”.

“Misal üçün 4.5 bal gücündə baş verən zəlzələ ocağı dərinlikdə yerləşər və səth o qədər də zərər görməz. Lakin 3.5 ballıq zəlzələ ocağı səthə yaxın olar və böyük dağıntılara zəmin yaradar. Qısacası, Türkiyədən başlayıb Xəzər dənizinə qədər uzanan nəhəng tektonik blok yenidən aktivləşdi. Lakin “Türkiyədə baş verdi Azərbaycanda da olacaq” demək yanlışdır”, – deyə o bildirib.

Nəsimi Ələsgərli

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600