!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İstanbulun mərkəzində bir dünya universiteti - VİDEO

!Reklam – Yazi

Türkiyənin nüfuzlu İstanbul Aydın Universiteti(İAU) 2024-2025-ci il təhsil ili üçün tələbə qəbulu prosesinə start verir.

Universitetin Bakıdakı rəsmi ofisindən verilən məlumata görə, 120 ölkədən 6500-dən artıq xarici tələbə olmaqla, ümumilikdə isə 43 mindən artıq tələbəyə ev sahibliyi edən, şəhərciyi xatırladan böyük kampüsü ilə Türkiyənin ən sürətlə inkişaf edən ali təhsil ocaqlarından olan İAU burada təhsil almaq istəyən azərbaycanlı gəncləri gözləyir. Universitetin xüsusi olaraq, Azərbaycandan olan tələbələrə olduqca maraqlı və inanılmaz təklifləri var.

Azərbaycanlı tələbələr İAU-nu niyə seçməlidirlər?

– İstanbul kimi böyük və qarışıq şəhərdə yerləşdiyi yerə və nəqliyyata uyğunluğuna görə(Metrobüs yolunun üstündə)

– 17 fakültə və 171 ixtisaslı əhatəli təhsil proqramları

– Beynəlxalq tələblərə cavab verən və dünya səviyyəsində rəqabətə tab gətirəcək maddi texniki bazasına görə(böyük kampüs, texnopark, ixtisaslar üzrə müasir labarotoriyalar)

– Yüksək səviyyəli kadr potensialına görə(Universitetin müəllim heyəti Türkiyədən və dünyanın müxtəlif ölkələrindən olan nüfuzlu elm adamlarından, professorlarından təşkil edilib)

-52 ölkədən 340-dan çox universitetdə “Erasmus plus” proqramı ilə xaricdə təhsil almaq imkanı

-Akademik tədqiqatlar və mübadilə proqramlarında 660+ dünya universiteti ilə əməkdaşlıq

– 300 çarpayılıq, 13 əməliyyat otağı və 92 poliklinikadan ibarət Tibb Fakültəsi Xəstəxanası

– Beynəlxalq əlaqələrinə və diplomlarının xaricdə tanınırlığına görə(Universitetin dünyanın 450-dən artıq nüfuzlu təhsil müəssisələri ilə əlaqələri və tələbə mübadiləsi proqramları var. Universitetin diplomları Avropa Birliyi ölkələrində, o cümlədən Azərbaycan Respublikasında müvafiq qaydalara uyğun şəkildə tanınmaqdadır.

– Tələbələr üçün inanılmaz təqaüd imkanları(Universitet təhsildə və həyatında digər sahələrində fərqlənən tələbələri 30/50/70, hətta 100 faiz təaqüdlə təmin edir)

– Xarici tələbələr üçün yaradılan doğma və maraqlı təhsil mühiti( Universitetdə dünyanın 120 ölkəsindən 6500 artıq xarici tələbə təhsil almaqdadır. Universitet onların təhsil həyatının rəngarəng keçməsi üçün olduqda maraqlı intellektual və əyləncəli tədbirlər reallaşdırır)

Universitetin Bakı şəhərində rəsmi təmsilçiliyi-ofisi fəaliyyət göstərir. Universitetə qəbul və digər informasiyalar üçün ofislə əlaqə saxlamaq tövsiyə olunur.

https://www.instagram.com/iauazerbaijan?igsh=YmViYjliMWFhOTdn 

www.yenicag.az

107
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv