!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İstehsalçı şirkətdən qəza ilə bağlı AÇIQLAMA

!Reklam – Yazi

Dekabrın 25-də Aktau yaxınlığında qəzaya uğrayan təyyarənin istehsalçısı olan Braziliyanın “Embraer” aviasiya şirkəti qəzadan sonra ilk dəfə açıqlama yayıb.

Yenicag.az xəbər verir ki, açıqlamanın mətni “Embraer”in rəsmi saytında dərc olunub.

Açıqlamada qeyd olunub ki, şirkət “Embraer 190” təyyarəsi ilə baş verənlərdən dərin kədərlənib: “Düşüncələrimiz və səmimi başsağlığımız bu hadisədən zərər çəkmiş ailələrə, dostlara, iş yoldaşlarına və yaxınlarınadır. Biz vəziyyətin inkişafı ilə bağlı vəziyyəti yaxından izləyirik və müvafiq orqanlara tam dəstək verməyə hazırıq”.

Təyyarə istehsalçısı tam məsuliyyətlə bəyan edib ki, təyyarənin göyərtəsində uçuşlara mane olacaq heç bir qüsur aşkar edilməyib.

www.yenicag.az

94
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv