“Qlobal miqyasda bizim əsas məqsədimiz sərhədi bərpa etmək və sülh müqaviləsi imzalamaqdır, bundan sonra vətəndaşlarımız qonşularımızla ticarət aparacaq, qarşılıqlı səfərlər edəcək”.
Yenicag.az xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.
O, Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın hansı ərazilərindən çıxması ilə bağlı suala belə cavab verib: “İndi istəyirsiz ki, hansısa hərbi hissələrin koordinatlarını verim, açıq mənbələrdən istifadə edim? Aydındır ki, biz bəzi yerlərdə irəlidəyik, bəzi yerlərdə onlar öndədir. Yuxarıdan aşağıya, sərhədi bərpa etməliyik. Tavuşda ən azı iki üçbucaq var, onların üçbucağı bizim, bizimkilər isə onların nəzarətindədir, bu heç kimə sirr deyil, xəritədən də görünür”.
www.yenicag.az