!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İsveçdən reallığın DƏRKİ: “Ölkəmiz YPG və onun siyasi qanadı olan PYD-dən məsafələnir”

!Reklam – Yazi

“Türkiyə ilə əlaqələrimizə ziyan vuranların bizimlə münasibətlərində şübhəli məqamlar var”.

Yenicag.az pravda.com.ua-ya istinadən xəbər verir ki, bu fikirləri İsveçin xarici işlər naziri Tobias Bilstrem ölkənin NATO üzvlüyü ilə bağlı vəziyyəti şərh edərkən deyib.

Nazirin sözlərinə görə, İsveç artıq Türkiyənin terrorçu kimi tanıdığı YPG və PYD ilə məsafə saxlayır:

“Biz hesab edirik ki, Türkiyə ilə əlaqələrimizə ziyan vuranların bizimlə münasibətlərində şübhəli məqamlar var.

Bu məsələ hər kəsə aydın olmalıdır ki, belə bir əməkdaşlıqla bağlı şübhəli məqamlar və qeyri-müəyyənlik olmamalıdır.

Əsas dəyər İsveçin NATO-ya üzvlüyü, eyni zamanda, Türkiyə və İsveç ilə Finlandiya arasında davam edən danışıqların müsbət nəticələnməsidir”.

Məlumata görə, İsveçin Baş naziri Ulf-Yalmar Kristersson noyabrın 8-də Türkiyəyə səfər edərək, Prezident Rəcəb Tayyib Ərdoğanla görüşəcək.

www.yenicag.az

420
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv