İsveçrə Özbəkistana 313 milyon dollar qaytaracaq

media-hightechnic-468x90

Özbəkistanın ədliyyə naziri Əkbər Taşkulov və İsveçrənin səfiri Konstantin Obolenski müsadirə olunmuş aktivlərin verilməsi haqqında saziş imzalayıb.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bu barədə Özbəkistan mətbuatı məlumat yayıb.

Sazişə əsasən, təqribən 182 milyon dollar Özbəkistana qaytarılacaq.

Qeyd olunur ki, 2022-ci ildə Berndə ölkələr arasında Özbəkistan əhalisinin maraqları naminə müsadirə edilmiş aktivlərin qaytarılması haqqında saziş imzalanıb:

“Müqavilə Özbəkistana 131 milyon dolların qaytarılmasını nəzərdə tuturdu. Yeni sənədin imzalanması ilə geri qaytarılan vəsaitin ümumi məbləği 313 milyon dollar təşkil edəcək”.

Qeyd edək ki, sözügedən vəsait 2012-ci ildə ölkənin birinci prezidentinin qızı Gülnarə Kərimovaya qarşı açılan cinayət işi çərçivəsində müsadirə edilib./axar.az

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05