İtaliyada zəlzələyə görə 100 nəfər təxliyə edildi

media-hightechnic-468x90

Neapolun qərbindəki Kampi Fleqrey bölgəsində 3,9 bal gücündə zəlzələ olub.

Yenicag.az xəbər verir ki, İtaliyanın Geofizika və Vulkanologiya İnstitutu (INGV) zəlzələnin episentrinin Solfatara bölgəsində 2,5 kilometr dərinlikdə qeydə alındığını açıqlayıb.

Yeraltı təkan əhali arasında təşviş yaradıb, insanlar iş yerlərini və evlərini tərk ediblər. Baqnolidə ehtiyat tədbiri olaraq 100-dək insanın yaşadığı binadan sakinlər təxliyə edilib.

Qeyd edək ki, son 24 saatda İtaliya sahillərində və yarımadada ən güclüsü 4,7 bal olmaqla ümumilikdə 20-dən çox zəlzələ olub.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600