İtaliyanın Senat üzvləri Milli Məclisdə oldular

media-hightechnic-468x90

скачанные файлы (5)Azərbaycanda səfərdə olan İtaliya Senatının üzvlərindən ibarət nümayəndə heyəti Milli Məclisdə bir sıra görüşlər keçirib.

Yenicag.az azertac-a istinadən xəbər verir ki, əvvəlcə nümayəndə heyəti parlamentin təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvləri ilə görüşüb.

Komitənin üzvü Fuad Muradov görüşdə ölkələrimiz arasında müxtəlif sahələrdə yüksək səviyyəli əlaqələrdən bəhs edib.

Senatın sənaye, ticarət və turizm daimi komissiyasının üzvü Canluka Kastaldi Azərbaycana səfərin məqsədinin ölkəmizlə yaxından tanışlıq olduğunu bildirib.

Sonra nümayəndə heyəti Milli Məclisin Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun və hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvləri ilə görüşüb.

İşçi qrupun rəhbəri Azər Kərimli regionun lider dövləti olan Azərbaycanda gedən inkişaf proseslərindən, həyata keçirilən irimiqyaslı layihələrdən, Dağlıq Qarabağ münaqişəsindən, ölkələrimiz arasında əlaqələrin genişlənməsindən danışıb. Qeyd edilib ki, yüksək səviyyəli qarşılıqlı səfərlər əlaqələrimizin daha da inkişafında mühüm rol oynayır. O, ölkələrimizin parlamentləri arasında əməkdaşlığın da inkişaf etdiyini vurğulayıb.

İtaliya Senatının üzvləri Canluka Kastaldi, Vito Petroçelli və Andrea Çoffi Azərbaycanda gördükləri inkişaf proseslərindən, ölkələrimiz arasında münasibətlərin inkişafından, xalqımızın qonaqpərvərliyindən məmnunluqlarını bildiriblər. Onlar Azərbaycanın enerji istehsalı, təbii ehtiyatlardan səmərəli istifadə sahəsində təcrübəsinin öyrənilməsində maraqlı olduqlarını, bu barədə ətraflı məlumat əldə etmək istədiklərini diqqətə çatdırıblar.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600